ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Страница 4 из 5 Предыдущий  1, 2, 3, 4, 5  Следующий

Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Cabir movlamov в Сб Мар 17, 2018 3:53 pm

Salam

Cabir movlamov

Сообщения : 3
Дата регистрации : 2017-10-12

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Cabir movlamov в Сб Мар 17, 2018 4:19 pm

Mezzi di trasporto urbani

Şeherde en çox istifade edilen neqliyyat vasiteleri avtobus ve tramvaylardır.Milan,Roma,Neyapol ve Turin kimi böyük şeherlerde hemçinin metro da fealiyyet gösterir.Eyni bilet bütün ictimai neqliyyat vasitelerinde keçerlidir ve qiymetler nisbeten aşağı,avropa ortalamasın ın altındadır. İtaliyada benzin olduqca baha,duracaq yeri tapmaq çox çetin olmasına baxmayaraq,ictimai neqliyyat vasitelerinin gec gelme ve heddinden artıq insanla dolu olma sebeblerinden çox insan şexsi maşın istifade etmeyi üstün tutur.Neticede pik saatlarda yollarda hereket iflic,maşınlardan çıxan zererli tüstüler yüksek seviyyede olur.
Elverişli mövsümlerde insanlar şeherde daha rahat hereket etmek üçün,skuter ve ekonomik maşınlardan istifade edirler.Çox da böyük olmayan bezi şeherlerde velosiped tıxacdan qaçmaq üçün en gözel çıxış yoludur

İtaliamania:pagina 104

Cabir movlamov

Сообщения : 3
Дата регистрации : 2017-10-12

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Ziyaddinli Togrul в Вс Мар 18, 2018 1:35 pm

Italiamania pg 122-123.

Alberghi Storici
Italiyada sayısız tarixi binalar var, onlar sənət şəhərlərinə, ölkələrə və qədim kəndlərə aid keçmişin bənzərsiz şahididir. Bu sarayların çoxu 1600, 1700 və ya 1800-cü illərin cazibəli otelləridir. Qalalar, villalar, monastrlar, dağ evləri, qədim otellər və şəhərin zərif sarayları Italiya tarixinin, mədəniyyətinin və ənənələrinin irs nümunələridir və tələbkar cəmiyyət tərəfindən daha çox təqdir edilir.

Bed and Breakfast
Qədim ingilis mənşəli bu qonaqpərvərlik forması,xüsusilə,son illədə Italiyada yayıldı. Bir otaq və qonaqlar üçün hazırlanmış səhər yeməyi xüsusi bir evi B&B-yə çevirmək üçün lazım olan elementlərdir. Kənd evlərində, qədim saraylarda, sadə evlərdə, dənizkənarı və ya təpələrdəki qədim evlərdə səhər yeməyi həmişə çox gözəl və cazibəlidir. Beləliklə, turist ailə həyatının əsl və orijinal tərəflərini bilmək imkanına malik olur.

Отправлено через Topic'it
avatar
Ziyaddinli Togrul

Сообщения : 6
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Вс Мар 18, 2018 2:36 pm

Cabir movlamov пишет:Salam
əleyküm!
avatar
Dilshad Panahova
Admin

Сообщения : 94
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forumotion.me

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Aytac в Вс Мар 18, 2018 3:55 pm

All'universita pg 80
İtalyanların günlük həyatı: iş və boş vaxt arasında
Italyanların günlük həyatı necədir? Sizə italyanların hal-hazırdakı vəziyyətini əks etdirən təqdiqatın əsas göstəricilərini təqdim edirik: italyanlar xüsusilə hiperaktiv olmayan işlərdə qadınlar və kişilərin arasındakı rollarda mühim fərqlər olan və stol qarşısında rahat olmağa diqqət göstərən xalqdır.
İş italyanların vaxtının əksər hissəsini əhatə edir amma işləmək mövzusunda qadınlar və kişilər arasında mühim fərqlər vardır. Kişilər vaxtlarının əksər hissəsini ödənişli işlərə, qadınlar isə ödənişsiz ev işlərinə həsr edirlər: ev təmizləyir, alış-veriş edir, uşaqlarla və qohumlarla maraqlanırlar.
İtalyanlar yuxusevər bir millətdir: nahardan sonra dincəlməyi də nəzərə alsaq, digər bütün avropalılardan daha çox, ortalama 8 saat (dəqiq desək 8 saat 19 dəqiqə) yatırlar.
Onlarda həm naharda həm də axşam yeməyində stol ətrafında yemək ənənəsi unudulmayıb, Fast-food hələ də italyanlar üçün qidalanma tərzi deyil. Stol ətrafında toplaşmaq onlar üçün ailəsi ilə yaxud dostları ilə söhbətləşmək üsuludur və demək olar ki, italyanlar nahara və axşam yeməyinə 3 saat vaxt sərf edirlər.
Boş vaxtları üçün təxminən 4-5 saat qalır. Təəccübləndirici deyil ki, italyanların çoxu demək olar ki, boş vaxtlarının böyük bir qismini televizor qarşısında keçirirlər (4 saatdan daha çox). Boş vaxtlarında etmək üçün digər fəaliyyətlər arasında sosiallaşmaq, rahatlamaq, idmanla məşğul olmaq da var. Qısacası başqa bir mənfi rəqəm də təsdiqləndi: italyanların 10 %-dən azı boş vaxtlarını mədəni fəalliyyətlərlə (teatr, kitab oxumaq) keçirdirlər.
All'universita pg 42
İtalyanlar və kapuçino
Barda italyanların səhər yeməyi haqqında son tədqiqat maraqlıdır. Ortaya çıxan nəticəyə görə ortalama 22 milyon insan səhər yeməyin evdən kənarda edir.
Alınan şeylər bunlardır:
- 82%-i kurasan
- 53%-i kofe
- 48%-i kapuçino
Səhər yeməyində ilk olaraq kapuçino içən italyanların sayı artsa da, kofe içən italyanların sayından hələ də azdır. Barmenlərin ən çox etdikləri səhv bunlardır. Əgər kapuçino yaxşı deyilsə, barmen
- kapuçinonun düzəldiməsinin başlanğıcı olan espressonu pis hazırlayır (az toz istifadə edib, ya toz köhnədir, ya da keyfiyyəti pisdir)
- südü isitmək əvəzinə qaynadır
- digər kapuçinolar üçün qızmış südü yenidən qızdırır
- fincana əvvəlcə südü sonra kofeyi qoyur
Qısacası: əgər bu səhvlərdən birini görürsənsə, getdiyin barı dəyiş!
Son 1 qeyd: şəkildəki gözəl kapuçino Milli İtalyan Espresso İnstitutunun mütəxəssisi Roberto Salaya aiddir. Bu institut qısa vaxt öncə Sertifikatlaşdırılmış İtalyan Kapuçinosunu hazırlamışdır.

Aytac

Сообщения : 10
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Azer в Вс Мар 18, 2018 11:47 pm

Italiamania
Citta italiane
Italyan şəhərlərinin əsas hissəsi minillik qədim Roma şəhərlərindən yaranmış və onların elementləri qorunmuşdur.Tipik Roma şəhərləri düzbucaqlı şəklindədir,iki əsas küçə və kəsişən bir sıra kiçik yollar və həmçinin onlar müntəzəm bloklara bölünür.Şəhər qapılar açılan divarlarla əhatə olunmuşdur.Bu sxem Turin və Paviya kimi Roma dövründə qurulan şəhərlərdə hələdə görülür.İtaliya incəsənət şəhərləri ilə zəngindir,yalnız qədim Roma şəhərləri deyil,həmçinin orta əsrlər və intibah dövrünü xatırladır.Bəzi şəhərlərin strukturu onların yarandığı ərazilərdən asılıdır.Körfəz istiqamətinə baxan Neapol və Genua kimi şəhərlər buna sübutdur və ya Venesiya 118 inkişaf etmiş kiçik adalar üzərindədir, 177 kanalla bölünür və təxminən 400 kiçik körpülər ilə birləşir.

Azer

Сообщения : 3
Дата регистрации : 2017-10-12
Возраст : 18

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Gunel Huseynova 161 в Пн Мар 19, 2018 12:41 am

Progetto Italiano (Libro) pag.-84
İtalyanlar və bayramları
Milad bayramı: Uşaqlar Şaxta babanı gözləyirlər ki, hədiyyələr gətirsin, böyüklərlə bir yerdə Milad ağacını bəzəsinlər və "presepe" düzəltsinlər. Doldurulmuş hinduşka, qızardılmış toyuq, və digər milli yeməklər, şərab və son olaraq bütün italyan süfrələrini bəzəyən panettone və pandoro.
Epifania: 6 yanvarda özünü yaxşı aparanlara şirniyyat və hədiyyələr, pis aparanlara isə karbon gətirən yaşlı qadın Befana üçün uşaqlar bacadan corablarını asırlar.
Karnavallar: Karnavalda hamı maska geyinir, rəqs eləyir və qeyd eləyir. Bütün dünyada möhtəşəm kostyumları və maskaları ilə məşhur Venesiya karnavalıdır. Viareggio da çox tanınır.
Paska: Katolik bayramı olan Paska həmişə 22 mart və 25 aprel arasında bazar gününə düşür. Uşaqlar sürpriz gizlənmiş şokalad yumurtası alırlar. Bir italyan atalar sözü deyir: "Milad səninlə, Paska isə istədiyinlə".
25 aprel: ikinci dünya müharibəsinin bitməsinin ildönümü italyanlar üçün milli bayramdır (1945). 2 iyun isə İtaliya Cümhuriyyətinin quruluşu xatırlanır (1946).
Ferragosto: yay tətili müddətində 15 avqust Müqəddəs Məryəmin göyə yüksəlməsi qeyd olunur.
Son olaraq bir çox məşhur festivallar var: Sienada və Astidə at yarışları, Venesiyada tarixi qayıq yarışları, Arezzoda isə silahlı atlılar arasında olan döyüşlər və s.

Gunel Huseynova 161

Сообщения : 2
Дата регистрации : 2018-03-10

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Aynur Vəliyeva в Пн Мар 19, 2018 2:10 pm

İl cinema italiano moderno

Gözəl və avtobioqrafik "Yeni kinoteatr Paradiso" filminin rejissoru olan Cüzeppe Tornatore 50-ci illərdə Siçilyada yerləşən kiçik bir ölkənin əhvalatınfan bəhs edir. Onun həmçinin "Okeandakı Pianoçunun əfsanəsi " filmi də çox dəyərlidir.
Qabriel Salvatores 1992-ci ildə "Mediterraneo"(Aralıq dənizi) filminə görə ən yaxşı əcnəbi film Oskar mükafatını qazanmışdır.
Nanni Moretti rejissor və aktyordur. "Sevimli gündəlik" əsəri ilə məşhurlaşmışdır, parodiyanın baş qəhrəmanı Morettinin özüdür və burada onun həyatının vasitəsilə müasir İtalyadan bəhs edilir. Başqa tanınmış filmləri isə Oğlunun otağı , Aprel və Kaymandır.
İstedadlı poçtalyon Massima Troizi çili şairi Pablo Nerudanın yardımı ilə cazibədar Mariya Grazia Kuçinottanı qazanmağa çalışır. Bu film bütün dünyada uğur qazanmışdır.
Canni Amelyo ( Lamerika, Uşaq oğrusu), Karlo Verdone ( Ən yaxşı düşmən), Leonardo Pieraççioni ( Qasırğa) kimi rejissorlarda çox təqdirə layiqdir. Aldo, Covanni və Cakomo üçlüsü komediya janrında böyük uğurlar əldə etmişlər.
Oskar mükafatında Roberto Beniyni çox xüsusi bir halda çıxış edir: o sadəcə fenomenal komik deyildi (görkəmli televiziya şoumeni), həmdə öz filimin rejissoru idi. Bunlar arasında filminə görə Canni Stekino, Canavar , Həyar gözəldir 3 Oskar mükafatı və dünya şöhrəti qazanmışdır.
Libro (pagina 113 )


Последний раз редактировалось: Aynur Vəliyeva (Пн Мар 19, 2018 8:54 pm), всего редактировалось 1 раз(а)

Aynur Vəliyeva

Сообщения : 3
Дата регистрации : 2017-10-11
Возраст : 18

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Idris Veliyev в Пн Мар 19, 2018 5:45 pm

Il centro storico e la piazza
Forum, yəni mərkəzi meydan roman şəhərinin siyasi, sosial və iqtisadi həyatının mərkəzidir. Bu səbəbdən ənənəvi olaraq saraylardan və abidələrdən ibarət olan tarixi ərazilər italyan şəhərlərinin ürəyi hesab olunur. Burada bazarlar, şənliklər və yığıncaqlar üçün təşkil olunmuş xalq meydanı, bələdiyyə binası və baş kilsə yerləşir.
Bəzi meydanlar heç dəyişilməmiş, şəhərin müxtəlif dövrlərini xarakterizə edir.
Piazza del Campo Siena şəhərinin ürəyidir. Balıq qulağı şəklində olan forması ilə nəzərə çarpan binalarına görə əlbəttə ki, İtaliyanın ən gözəl orta əsr meydanı hesab olunur.
Turinin çoxlu meydanları arasında keçmişin izlərini ən çox qoruyub saxlayan Piazza Castello-dur. Mərkəzdə Madama sarayı, ilk roman qapısı, sonra orta əsr qalası və daha sonra kral iqamətgahı yerləşir. Meydan hər üç tərəfdən bazarlarla əhatə olunmuşdur.
Piazza Novana Roma şəhərinin ən gözəl barok meydanıdır. Qədim roman stadionu formasındadır. Mərkəzdə Covanni Lorenso Bernini tərəfindən yaradılmış Dörd çay fəvvarəsi yerləşir.

ItaItaliamania pagina-106


Idris Veliyev

Сообщения : 1
Дата регистрации : 2018-03-18

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Ulker в Пн Мар 19, 2018 8:38 pm

Libro, pagina 55.

Və zəng etmək....
İtaliyada bir şəhər və ya şəhərətrafı ərazilərə zəng etmək üçün əvvəlcə istədiyimiz yerin sahə kodunu yığmalıyıq. Milanın sahə kodu 02, Romanın 06, Bolonyanın 051-dir və s. İtaliyaya xaricdən zəng etmək üçün 0039, sonra şəhərin və istədiyimiz şəxsin nömrəsini yazmaq lazımdır.
Ümumiyyətlə, bir italyanı narahat etməmək üçün, axşam 10-dan sonra və səhər 8-dən əvvəl zəng vurmamalıyıq.
İtaliya dünyada cib telefonlarının ən yüksək istifadə olunduğu ölkələr sırasındadır: demək olar ki, bütün italyanların cib telefonları var və onlar bundan tez-tez istifadə edirlər. Bundan başqa, onlar yeni texnologiya vasitələri ilə yaxından maraqlanırlar.
Bir çox ölkələrdə olduğu kimi, İtaliyada da həm italyanlar, həm də xarici turistlər üçün fövqəladə nömrələr vardır. Bu nömrələr aşağıdakılardır və çox vacibdirlər.
•Karabinyeri-112
•Təcili yardım-118
•Səyahət məlumatları-1518
•İctimai fövqəladə hallar-113
•Yanğınsöndürmə-115
•Uşaq təcili yardımı-114.




Ulker

Сообщения : 6
Дата регистрации : 2018-03-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Persia Rovshane в Пн Мар 19, 2018 8:48 pm

Müzəffərli Rövşanə

Rahat otellər
İtaliya isti və mineral su bolluğuna, mülayim iqliminə və gözəl təbiətinə görə "Sağlamlıq turizmi" üçün daha çox axtarılan yerlərdən biridir: suyun faydaları, düzgün pəhriz və qüsursuz qonaqpərvərlik sağlam fiziki və psixi görünüşə yol açır. Keçən əsrdən etibarən, istilik stansiyaları yaxınlığında yüksək səviyyəli və dünya şöhrətli otellər mövcuddur. Siyahıya bu günlərdə rahat otellər və müasir spa mərkəzləri əlavə edildi.
İtaliamania Hotel benessere pagina 123.


*DOVE-nin məsləhətləri
*Şirin tənbəllik
Qədim romalıların həyat tərzində tənbəlləşmək: ərazi və mozaikaların zəngin olduğu şəhər-Rovennada bir sərginin mövzusudur.
Zamanın tez keçdiyi bir dünyada ləngliyin tərifi yeni yaşam tərzidir? Bu ifadə yaxşı bir həyat üçün yeni reseptə bənzəyir. Filosof və sosioloqlar müasir "*postmodern"in baş qəhrəmanı kimi yaradıcı tənbəli görürlər. Qədim romalıların otium incəsənətinə hörmət. Şirin tənbəllik deyil, amma fiziki və ruhi cəhətdən yüksəlmək üçün əyləncə və intellektual aktivliyin vəhdətidir. Mövzuya həsr olunan gözəl sərgi, Otium. "İmperiya dövründə domus romalılarının həyat tərzi incəsənəti", düşüncəli şəkildə səhnələşdirilmiş San Nikolo kompleksi.

*Postmodernizm — XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır. Müasir dünyada informasiya texnologiyaların inkişafı nəticəsində daha da inkişaf etmişdir və dünyanın aparıcı cərəyanına çevirilmişdir.
*DOVE-İtaliyanın məşhur jurnal markası.
*Dolce far niente-İtalimania pagina 136.

Отправлено через Topic'it
avatar
Persia Rovshane

Сообщения : 9
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Ulker в Пн Мар 19, 2018 10:21 pm

Libro, pagina 69
İtalyanlar və bar
Barlar bir çox italyanlar üçün bir dayanma yeri, gündəlik həyatlarının bir hissəsidir. Onlar səhərlər kappuççino və kurasan, günorta yeməyi üçün bir sandvic, sonra kofe ilə şirin bir şeylər yemək üçün və, nəhayət, axşamlar dostları ilə bir şeylər içməyə barlara gedirlər. Kofe əslində çox bahalı deyil və barda nəyisə sifariş etmək üçün ilk öncə barmenin qarşısına, yəni "kassaya getməli" və hesabı oraya ödəməliyik.
Ən qonaqpərvər və mehriban abu-havalı kafelər və barlar regionlarda yerləşir və hər yaşdan olan insanlar burada görüşürlər: qəzet oxuyur, siyasət və idmanı müzakirə edir, kart oynayırlar.
Hava gözəl olanda, meydandakı barlara getmək, stol arxasında yaxud da elə meydanın özündə günəşdən həzz alaraq əyləşmək, qəzet oxumaq, kofe içərək dostlarla zarafatlaşmaq daha yaxşı olur. Məşhur barlara misal olaraq, Venesiyadakı San Marco meydanındakıları və əfsanəvi Florianı göstərmək olar.
Meydan isə, ümumilikdə görüşmək, zarafatlaşmaq, danışmaq, gəzərək dondurma yeyə biləcəyimiz bir yerdir. Əsas meydanlar bunlardır: Romadakı Spagna və Navona meydanları, Milandakı Duomo meydanı.

Ulker

Сообщения : 6
Дата регистрации : 2018-03-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Inci M 161 в Пн Мар 19, 2018 10:49 pm

Pg 83
Yeni il bayramı özəlliklə italiyanlar üçün çox önəmlidir. Bu bayram ərəfəsində hər yerdə panettone (yeni il şirniyyatı) atmosferi yaşanır. Küçələr işıqlı,mağazalar və supermarketlər izdihamlı olur. Dostları üçün hədiyyə axtaranlar, qohumlar və yeni il yeməyi üçün alış veriş edənlər var: içi doldurulmuş hinduşka,köpüklü şərab və təbii ki, dini,milli Yeni il şirniyyatları. Bir çoxları üçün bu Alp dağlarının və İtaliyanın digər dağlarının italiyan və xarici turistlərlə dolu görünən, "ağ həftə" olaraq adlandırılan dövrüdür.
  Epifaniya, Paska, Karnaval, "hər zarafat olar" (yəni icazə var) və Ferragosto digər önəmli bayramlardır.

Pg 100
İtaliyanlar evdə və ya adətən bir dostunun evində yemək yeməyi sevirlər. Bəziləri, çox vaxt alsa da makaronları evdə edərlər ya da quru makarondan daha bahalı amma daha dadlı olan təzə makaronları supermarketlərdən alarlar.
  Yemək yeməyə qərar verdiklərində bir neçə dənə alternativ vardır. Restoranda bir çox yemək və şərablar arasından seçim edə bilərsiniz, amma adətən çox bahalı olur. Bir pizzacıda heç yemədiyiniz bir pizzanı və ya evdə heç yeyə bilməyəcəyiniz bir makaronu sifariş edə bilərsiniz. Trattorie (ekvivalent: Mado) daha az rəsmi,daha ucuz qiymətli,çox çeşidli yeməklər olmayan sadə məkandır. Bənzər bir çıxış yolu, amma daha ucuz Osterie'lər (ekvivalent: Çudo Peçka) sadə şeylər yemək və ya bir şeylər içmək istəyənlər tərəfindən tez-tez gəlinən yerlərdir. Son olaraq, vaxtı olmadığı üçün evdə nahar etməyən çox insan var: barda bir şeylər atışdırmaq, bir paninoteca'da (ekvivalent:çörək evləri) və ya fast food' da ayaqüstü bir yemək onlar üçün ekonomik bir həlldir, amma sağlam deyildir.

Inci M 161

Сообщения : 1
Дата регистрации : 2018-03-10

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Ayselric00 в Пн Мар 19, 2018 11:53 pm


Progetto italiano pg.70
Qəhvə
İtalyanlar "qəhvə" sözünü demək olar ki, hər zaman espressoya aid edirlər.Bu qəhvə xüsusi dad və güclü qoxuya malikdir.
Hər şey 1901-ci ildə milanlı Luigi Bezzeranın barda qısa müddətdə qəhvə hazırlamağa imkan yaradan maşın ixtira etməsi ilə başlayır.Beləliklə espresso( hazırlanma və istehlak sürətinə görə belə adlandırılıb)italyanların günlük həyatına daxil olur və İtaliyanın simvoluna çevrilir.
Macchiato (az süd ilə);lungo (demək olar fincan ağzına qədər dolu və yüngül ləzzətli);ristretto (az su ilə,güclü dadlı);freddo (buz ilə);corretto(bir az spirtli içki ilə) kimi qəhvələrdən içdiyimiz hər an möhtəşəmdir.Bundan başqa italyanlar evdə çox zaman isti süd və bir az qəhvə ilə hazırlanan caffelatte ilə səhər yeməyi yeyirlər.
İtaliyanın dünyaca məşhur olan digər isti içkilərindən biri də cappuccinodur.Öz adını Cappuccino qardaşlarının geyimindən götürüb və espressonun üzərinə süd köpüyü əlavə edilməsi ilə hazırlanır.Bir məsləhət: nahardan sonra cappuccino deyil espresso için.Əslində italyanlar üçün cappuccino səhər yeməyi ilə əla getməsinə baxmayaraq,onu yeməkdən sonra içmək ağlasığmazdır.Espressonu isə günün hər saatında içmək mümkündür.
Qəhvə maşınları arasında bugün belə evlərdə ən çox istifadə olunanı qısa müddətdə yaxşı espresso hazırlayan Moka dır(ən məşhur firmalardan birinə misal olaraq Bialetti).Bundan başqa həm qəhvə,həm də cappuccino hazırlayan bir çox avtomatik qəhvə maşınları mövcuddur (bar,restoran,ofis və evlərdə).
avatar
Ayselric00

Сообщения : 2
Дата регистрации : 2018-03-10

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор arzumirzazadeh в Вт Мар 20, 2018 1:06 am

L'italiano all'università. Səh 18. Çal 32.

Dünyadakı italyan dilli tələbələrin sayı 450000-dir.Onların əksəriyyəti Latın Amerikasında oxuyur,amma Qərbi Asiya ölkələrində və Şimali Amerikada oxuyanlar da çoxdur.İtalyan dilini öyrənmək üçün ilk şərt "Asudə vaxt",yəni klassik və müasir italyan mədəniyyətinə marağın olmasıdır.(incəsənət tarixi,ədəbiyyat,musiqi,mətbəx və s.) İkinci şərt şəxsi səbəblərdir.(italyan ailəsi,italyan yoldaş).
Tələbələrin çoxunun iş motivasiyası var və hal-hazırda iş italyan dilinin öyrənilməsi üçün üçüncü şərtdir.Dilin tədrisi üçün son seçim öyrənməkdir.Əslində, faiz göstəricisi çox da yetərli deyil:sadəcə 19%.Ümumiyyətlə,xarici ölkələrdəki italyan dili müəllimləri,demək olar ki,hamısı bu dildə öz ana dillərindəki kimidirlər və italyan ədəbiyyatı yaxud filologiyası məzunudurlar.

L'italiano all'università.Səh 30.Çal 23.
İş dünyası.
İtaliyada işləyən insanlar Şimalı və Cənubu arasındakı böyük fərqə baxmayaraq 80%-ə yaxındır.İşin ən çox olduğu bölgə Venetodur,halbuki Siciliyada işsizlik faizi 30%-in üzərindədir.İtalyanlar 5 gün olmaqla həftəyə orta hesabla 35 saat işləyirlər.Az sayda işçi kənd təsərrüfatında işlədiyi halda,əksəriyyəti üçüncü sektorda çalışır.Son illərdə əksər işlər müəyyən vaxt çərçivəsində olur,yəni kifayyət qədər qısa vaxtdan sonra bitir(3 aydan 1 ilə qədər) və çoxusu da part-time olur.İşləməyə son vermək və təqaüdə çıxmaq üçün maksimum yaş həddi qadınlar üçün 61,kişilər üçün 65-dir.İtaliyada işçilərin maraqlarını müdafiə edən 3 böyük ittifaq mövcuddur(CGIL,CISL,UIL) və onlar zəruri olduqda tətillər və etiraz çıxışları nümayiş etdirirlər.



Progetto italiano(Libro). Səh 115.

Yeni realizm.

İtaliya kino tarixinin ən məşhur dönəmlərindən biridir.Rejissorlarının İkinci Dünya Müharibəsindən sonra İtaliyanın real təsvirini verdikləri üçün bu dövr belə adlanır.Ən önəmli filmlər arasında faşistlər tərəfindən tutulan Romada Roberto Rossellininin çəkdiyi "Roma-açıq şəhər"(1944,Anna Magnani) və Vittorio De Sika tərəfindən çəkilən gözəl "Çəkməsilən"(1946) və "Velosiped oğruları"(1948) filmlərini xatırlayırıq.(bu filmlər həm də ən yaxşı xarici film olaraq Oskar mükafatına layiq görülüb)


arzumirzazadeh

Сообщения : 2
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Пт Мар 23, 2018 1:50 pm

Salam,Very Happy

Tərcümələrə görə təşəkkür! sunny


2 nəfər tərcüməsini təhvil verməyibdir. Suspect Nəticələri ilə qarşılaşmağa hazır olun Twisted Evil
avatar
Dilshad Panahova
Admin

Сообщения : 94
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forumotion.me

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Persia Rovshane в Пт Мар 23, 2018 1:51 pm

Buyurun müəllimə siz sağolun.🤗

Отправлено через Topic'it
avatar
Persia Rovshane

Сообщения : 9
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Пт Мар 23, 2018 2:00 pm

Persia Rovshane пишет:Buyurun müəllimə siz sağolun.🤗

Отправлено через Topic'it


Adını dəyişdim ki, özüm də səhv salmayım.
avatar
Dilshad Panahova
Admin

Сообщения : 94
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forumotion.me

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Persia Rovshane в Пт Мар 23, 2018 2:02 pm

aa doğurdan adıma indi baxıram😂
Təşəkkür müəllimə yaxşı eləmisiniz.🖤

Отправлено через Topic'it
avatar
Persia Rovshane

Сообщения : 9
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Farida в Пн Мар 26, 2018 6:45 pm

Progetto Libro p:114-115
Keçmişin böyük sənətkarları
Marçello Mastroyanni: Dünyanın ən məşhur simalarından biri olan Marçello Mastroyanni 150- dən çox filmə çəkilmişdir. Bunlardan Moniçellinin “Həmişəki naməlumlar”, Cerminin “İtalyansayağı boşanma”, “Şirin həyat”, “9-un yarısı” və Fellini ilə çəkilmiş çoxlu digər filmləri misal gətirə bilərik. Ən yaxşı baş rol qəhrəmanı kimi üç dəfə Oskar mükafatı namizədi olan “Yaraşıqlı Marçello” 1996-cı ildə vəfat etmişdir.
Sofi Loren: Aralıq dənizinin gözəllik simvolu olan neapollu Sofi Loren 1961-ci ildə amerikan filmi olmayan De Sikanın “Qızım və mən” filmi ilə Oskar mükafatı qazanan ilk aktrisa olmuşdur. O, həmçinin beynəlxalq əhəmiyyətli filmlərdə çəkilmişdir və onun Mastroyanni ilə birlikdə rol aldığı rejissor De Sikanın “Dünən, bu gün və sabah”, “İtalyansayağı nikah” kimi komediyaları unudulmazdır. Sofi Loren 1990-cı ildə kinoya verdiyi töhfələrinə görə Oskar mükafatına layiq görülmüşdür.
Albert Sordi: Əslən Romadan olan və italyanlar tərəfindən çox sevilən komediya ustası Albert Sordi amerikan filmlərində də rol almışdır.
Viktoriya Qasman: Gözəl və bacarıqlı teatr və kino oyunçusu olan V.Qasman beynəlxalq əhəmiyyətli filmlərdə də rol almışdır.
Toto: Əslən neapollu olan Toto italyan komediya oyunçuları arasında ən qeyri-adi istedada malik olan və sözləri ilə ironik bir şəkildə oynayan aktyor idi.
Digər beynəlxalq səviyyəli məşhur aktyorlar bunlardır: 1955-ci ildə Oskar qazanmış Anna Manyani, Klaudiya Kardinale, Cina Lollobricida, Nino Manfredi, Ornella Muti, Uqo Tonyatzi, Cankarlo Cannini və başqaları.
Böyük rejissorlar
Federiko Fellini: Dünyada ən çox sevilən rejissorlar sırasında olan Federiko Fellini ən yaxşı əcnəbi filminə görə dörd və kinoya verdiyi töhfələrinə görə 1992-ci ildə bir Oskar mükafatı qazanmışdır. 1993-cü ildə dünyasını dəyişən Fellini bir dahi və “böyük ekranın bir şairi” hesab olunurdu. O öz şah əsərlərində tez-tez Marçello Mastroyanni ilə əməkdaşlıq etmişdir.
Viktoriya De Sika: De Sika dünya və italyan kinosunun ən böyük dahilərindən biridir. Onun dörd filmi Oskar mükafatına layiq görülmüşdür. Onun özü də həmçinin bacarıqlı bir aktyor idi və əcnəbi filmlərdə də rol almışdır.
Lukino Viskonti: Filmləri: “Leopard”, “Rokko və qardaşları” və s.
Mikelancelo Antonioni: Filmləri: “Gecə”, “Partlayış” və s. O 1994-cü ildə kinoya verdiyi töhfələrinə görə Oskar mükafatı qazanmışdır.
Serco Leone: Serco “Qərb spagettisi” nin, yəni “Bir ovuc dollar üçün”, “Yaxşı, pis və çirkin” filmlərinin bir çoxunu böyük bəstəkar Ennio Morrikonenin musiqilərinin müşayiəti ilə çəkmişdir.
Bernando Bertoluççi: Onun dünyaca məşhur filmləri bunlardır: “Parisdə sonuncu tanqo”, rejissorluq da daxil olmaqla 9 dəfə Oskar mükafatı qazanmış “Sonuncu imperator”, “Səhrada çay”, “Balaca Budda” və s.
avatar
Farida

Сообщения : 3
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Чт Апр 05, 2018 3:39 pm

Oxumaq mütləq deyil, amma imtahana hazırlaşanda bəzi mövzulara baxa bilərsiniz.

Sədaqət Kamal qızı Məmmədova "Mədəniyyətşünaslıq"

http://anl.az/el/m/ms-m.pdf
avatar
Dilshad Panahova
Admin

Сообщения : 94
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forumotion.me

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Чт Апр 05, 2018 3:41 pm


Qədim Roma mədəniyyəti haqqında burada da məlumat var.


İlqar Hüseynov, Nigar Əfəndiyeva "QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ" http://www.mtk.az/Uploads/Ebooks/hi_qdm.pdf

avatar
Dilshad Panahova
Admin

Сообщения : 94
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forumotion.me

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Persia Rovshane в Чт Апр 05, 2018 3:53 pm

Oldu müəllimə. Çox sağolun.I love you🖤

Отправлено через Topic'it
avatar
Persia Rovshane

Сообщения : 9
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Чт Апр 05, 2018 3:53 pm

Bunlar bizim fənn ilə birbaşa əlaqədə olmayan məlumat kimi görünə bilər. Amma hamısı Sizin açıq suallara cavab vermək bacarığınıza birbaşa töhfə verəcək. Oxuyun  study

MƏNBƏ: http://unec.edu.az/application/uploads/2015/06/medeniyyet_cavab01az.pdf

Mədəniyyətşünaslığın predmeti və vəzifələri


Mədəniyyətşünaslıq mədəniyyətin yaranması, inkişafı və tətbiqi haqqında elmdir. Onun predmetinə milli və bəşəri dəyərlərin qarşılıqlı təsiri və əlaqəsi, mədəni proseslərin qanunauyğunluğu və inkişaf dinamikası daхildir. Mədəniyyətşünaslığın predmetini bütöv sistem kimi götürülən cəmiyyət və mədəniyyət, obyektini isə mədəniyyət subyektləri, mədəni hadisə və proseslər təşkil edir. Mədəniyyətşünaslıq yeni bir elm kimi bütövlükdə mədəniyyəti və ayrı-ayrı mədəniyyət hadisələrini (maddi, mənəvi, məişət, din, ailə, və s. ) araşdırır. Yer kürəsində mövcud müхtəlif və çoхsaylı mədəniyyətlər bir-birini qətiyyən təkrar etmir. Hər bir mədəniyyətin özünəməхsus dəyərlər sistemi, davranış, əхlaq normaları və meyarları, ənənələri və s. mövcuddur. ХХ əsrdə bir fənn kimi formalaşmış kulturologiya humanitar elmlər sisteminə daхil oub, mədəniyyəti bütöv sistem kimi, onun çoхşəkilliyini, qarşılıqlı əlaqəsini, mədəni yaradıcılığın tiplərini, mədəniyyətin strukturu və funksiyalarını, sosial həyatda və insan məişətində mədəniyyətin təzahürlərini və inkişaf qanunauyğunluqlarını öyrənir. Mədəniyyətşünaslıq bir elm kimi ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluğu, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini öyrənməyə cəhd edir. Mədəniyyətşünaslıq insan nəslinin mədəni qayda və tələbatlara yiyələnməsi zərurətini araşdırır, mədəni-mənəvi irsin yaranıb formalaşdığı mühiti və ilkin şərtləri öyrənir. Bu məqsədlə mədəniyyatşünaslıq bir elm kimi aşağıdakı vəzifələri öhdəsinə götürür: • Mədəniyyətin təkamül tariхi, tipləri, qanunauyğunluqları, strukturu və mahiyyətini araşdırmaq. • Fənlərarası bilikləri əlaqələndirmək. • Milli mədəniyyətlərin özgürlüyünü qorumaqla qloballaşdırılmasına imkan yaradılması. • Mədəni cərəyan və tendensiyaların inkişaf dinamikasını izləmək və perspektivlərini araşdırmaq və s.


Последний раз редактировалось: Dilshad Panahova (Чт Апр 05, 2018 4:19 pm), всего редактировалось 2 раз(а)
avatar
Dilshad Panahova
Admin

Сообщения : 94
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forumotion.me

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Persia Rovshane в Чт Апр 05, 2018 3:54 pm

Bunu sabah oxuyaq müəllimə?

Отправлено через Topic'it
avatar
Persia Rovshane

Сообщения : 9
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Спонсируемый контент


Спонсируемый контент


Вернуться к началу Перейти вниз

Страница 4 из 5 Предыдущий  1, 2, 3, 4, 5  Следующий

Вернуться к началу


 
Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения