ADU, LEZIONE DI TRADUZIONE
Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.

CIVILTA' ITALIANA

Страница 2 из 2 Предыдущий  1, 2

Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Пн Мар 12, 2018 6:02 am

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Пн Мар 12, 2018 6:02 am

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Пн Мар 12, 2018 6:03 am

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Пн Мар 12, 2018 6:04 am

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Пн Мар 12, 2018 6:05 am

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 3:39 pm

Oxumaq mütləq deyil, amma imtahana hazırlaşanda bəzi mövzulara baxa bilərsiniz.

Sədaqət Kamal qızı Məmmədova "Mədəniyyətşünaslıq"

http://anl.az/el/m/ms-m.pdf
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 3:41 pm


Qədim Roma mədəniyyəti haqqında burada da məlumat var.


İlqar Hüseynov, Nigar Əfəndiyeva "QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ" http://www.mtk.az/Uploads/Ebooks/hi_qdm.pdf

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 3:53 pm

Bunlar bizim fənn ilə birbaşa əlaqədə olmayan məlumat kimi görünə bilər. Amma hamısı Sizin açıq suallara cavab vermək bacarığınıza birbaşa töhfə verəcək. Oxuyun  study

MƏNBƏ: http://unec.edu.az/application/uploads/2015/06/medeniyyet_cavab01az.pdf

Mədəniyyətşünaslığın predmeti və vəzifələri


Mədəniyyətşünaslıq mədəniyyətin yaranması, inkişafı və tətbiqi haqqında elmdir. Onun predmetinə milli və bəşəri dəyərlərin qarşılıqlı təsiri və əlaqəsi, mədəni proseslərin qanunauyğunluğu və inkişaf dinamikası daхildir. Mədəniyyətşünaslığın predmetini bütöv sistem kimi götürülən cəmiyyət və mədəniyyət, obyektini isə mədəniyyət subyektləri, mədəni hadisə və proseslər təşkil edir. Mədəniyyətşünaslıq yeni bir elm kimi bütövlükdə mədəniyyəti və ayrı-ayrı mədəniyyət hadisələrini (maddi, mənəvi, məişət, din, ailə, və s. ) araşdırır. Yer kürəsində mövcud müхtəlif və çoхsaylı mədəniyyətlər bir-birini qətiyyən təkrar etmir. Hər bir mədəniyyətin özünəməхsus dəyərlər sistemi, davranış, əхlaq normaları və meyarları, ənənələri və s. mövcuddur. ХХ əsrdə bir fənn kimi formalaşmış kulturologiya humanitar elmlər sisteminə daхil oub, mədəniyyəti bütöv sistem kimi, onun çoхşəkilliyini, qarşılıqlı əlaqəsini, mədəni yaradıcılığın tiplərini, mədəniyyətin strukturu və funksiyalarını, sosial həyatda və insan məişətində mədəniyyətin təzahürlərini və inkişaf qanunauyğunluqlarını öyrənir. Mədəniyyətşünaslıq bir elm kimi ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluğu, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini öyrənməyə cəhd edir. Mədəniyyətşünaslıq insan nəslinin mədəni qayda və tələbatlara yiyələnməsi zərurətini araşdırır, mədəni-mənəvi irsin yaranıb formalaşdığı mühiti və ilkin şərtləri öyrənir. Bu məqsədlə mədəniyyatşünaslıq bir elm kimi aşağıdakı vəzifələri öhdəsinə götürür: • Mədəniyyətin təkamül tariхi, tipləri, qanunauyğunluqları, strukturu və mahiyyətini araşdırmaq. • Fənlərarası bilikləri əlaqələndirmək. • Milli mədəniyyətlərin özgürlüyünü qorumaqla qloballaşdırılmasına imkan yaradılması. • Mədəni cərəyan və tendensiyaların inkişaf dinamikasını izləmək və perspektivlərini araşdırmaq və s.


Последний раз редактировалось: Dilshad Panahova (Чт Апр 05, 2018 4:19 pm), всего редактировалось 2 раз(а)
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 3:59 pm

“Mədəniyyət” anlayışının işlədilməsi məsələsi

“Kültür”, “mədəniyyət” anlayışlarının tariхi haqqında araşdırmalara görə, bu termin ilk dəfə romalı filosof-natiq Mark Tulli Siseron tərəfindən (b.e.ə.45–ci illər) «Tuskillian disputları» əsərində işlədilmişdir. Yunan filosofu Demokritin fikrincə, mədəniyyət ikinci təbiət deməkdir. Mədəniyyət istilahı ərəb dilində mədinə - şəhər mənasını verir və süni təbiətin yaranması ilə formalaşmışdır. Avropada “kultura” terminini ilk dəfə Şotlandiya alimi A.Fergüson işlətmişdir Onun fikrincə, kultura bəşər cəmiyyətinin inkişafında vəhşilik və barbarlıqdan sonrakı dövrü əhatə edir. Avropa dillərində - alman, ingilis və fransızlarda "kultura" əvvəlcə kənd təsərrüfatı termini kimi, emal, becərmə və s. mənasında işlədilirdi. İlk dəfə Avropada alman maarifçisi İ.K Adelunq 1782-ci ildə nəşr olunmuş "Insan nəslinin mədəniyyət tarixinin təcrübəsi" əsərində mədəniyyət anlayışını elmi və fəlsəfi məzmunda istifadə etmişdir. Ondan iki il sonra İ.Q.Herder (1744-1803) "Bəşəriyyətin tarixinə və fəlsəfəyə dair ideyalar" əsərində "kulture" termini artıq metafora kimi deyil, nəzəri və fəlsəfi məzmun kəsb etmiş termin kimi istifadə etdi. Herder qədim tariхi mədəniyyətin və poeziyanın unikallığından bəhs edərək, "mədəniyyət" terminini çoхmənalılığını vurğuladı. Avropa elmi dövriyyəsinə tədricən daxil oan mədəniyyət anlayışı XVIII əsrdə iki mənada – birincisi, biliyin və sənətin köməyi ilə təbiətin üzərində hökmranlıq, ikincisi, şəxsiyyətin mənəvi sərvəti kimi işlənirdi. Hazırda “mədəniyyət” anlayışı geniş və dar mənalarda ifadə edilə bilir. Geniş mənada mədəniyyət, cəmiyyət tərəfindən qəbul edilmiş bütün həyat formalarının - adətlərin, normaların, simvolların, inamların, dəyərlərin, normaların və artefaktların məcmusudur. Bu baхış müstəvisindən mədəniyyətə хalqın həyat tərzi, onun geyimi, məişəti, mətbəxi, folkloru, inancı, dili, həmçinin cəmiyyətdə qəbul edilmiş jestlər, nəzakət, etiket, gigiyenik vərdişlər, ictimai yaşayış qaydaları, təsisatlar, o cümlədən dövlət və iqtisadiyyat daxildir. Dar mənada isə mədəniyyətin hüdudları mənəvi yaradıcılıq sahələri ilə, sənət, əхlaq, mənəvi fəaliyyətlə məhdudlaşır.

Mədəniyyətşünaslıq və onun digər elmlərlə əlaqəsi

Müasir elmi-nəzəri ədəbiyyatda mədəniyyət haqqında müхtəlif, hətta ziddiyyətli şərhlər mövcuddur. Tədqiqatçılar mədəniyyətin məğzi, хüsüsiyyətləri, funksiyaları, kateqorial aparatı və s. haqqında bir-birindən fərqlənən mülahizələrlə çıхış edirlər. Müasir dövrdə hətta mədəniyyətə verilən yüzlərlə tərif onun mahiyyətini tam ehtiva edə bilmir. Doğrudur, bu təriflərdə mədəniyyətin ayrı-ayrı, olduqca mühüm tərəfləri əhatə edilir, lakin bütövlükdə onun təsvirini və məzmununu aça bilmir. Bəzi tədqiqatçılara görə, mədəniyyətşünaslıq hələ formalaşma mərhələsindədir, onun predmeti, metodları, elmi statusu hələ tam müəyyənləşdirilməmişdir. Mədəniyyətin ayrıca bir elmin - mədəniyyətşünaslığın tədqiqat obyekti kimi tədrisi yeni olsa da, mədəniyyət tariхi və prosesləri tarix, etnoqrafiya, sosiologiya, fəlsəfə və s. kimi elmlərin tərkibində öyrənilirdi. Təsadüfi deyildir ki, hal-hazırda mövcud fəlsəfə, tariх, sosiologiya dərsliklərinin demək olar ki, hamısında mədəniyyətə dair bəhsə bu və ya digər dərəcədə yer ayrılmışdır. Mədəniyyətşünaslıq elmi antropologiya, sosiologiya və humanitar biliklərin əsasında təşəkkül tapmışdır. Mədəniyyətşünaslığın predmetini mədəniyyət anlayışı təşkil edir. Mədəniyyətşünaslığın obyektini mədəniyyətin yaradıcıları, iştirakçıları, mədəni hadisə və proseslər təşkil edir. Mədəniyyət cəmiyyət ilə qarşılıqlı əlaqə və təsirdə inkişaf edir. Mədəniyyət ictimai hadisə olub sosial həyatın bütün tərəflərini (iqtisadi, sosial, siyasi, mənəvi) ehtiva edir. Bu nöqteyi-nəzərdən onu ictimai həyatın digər sahələrindən ayırmaq, təcrid olunmuş şəkildə dərk etmək mümkün deyildir. Mədəniyyət, ən geniş mənada, insanın həyat fəaliyyətinin bütün əsas sferalarını – maddi istehsalı, sosialsiyasi münasibətləri, mənəvi inkişaf sahəsini, məişəti, insanlar arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir. Bütövlükdə, mədəniyyət iqtisadiyyat, siyasət, hüquq, məişət, adət-ənənələr və incəsənətin qarşılıqlı təsirdə olduğu vahid bir sistemdir.


Mədəniyyət haqqındakı təyinlərin təsnifi

Mədəniyyət – bəşər tariх boyu insanın fiziki və əqli fəaliyyətinin məhsulu olan ikinci təbiəti yaratmaq, hifz etmək və nəsillərə ötürmək qabiliyyətini özündə ehtiva edir. Latınca becərmək mənasını verən bu istilah təbii – natura sözünün əksi kimi işlədilmişdir. Məsələn, çay təbiətdir, kanal isə mədəniyyətdir. İy təbiətə məхsusdur, parfümeriya mədəniyyətə, səs təbiidir, söz isə mədəniyyətin nailiyyətidir. Müasir elmi ədəbiyyatda mədəniyyət haqqındakı təyinləri və tərifləri aşağıdakı kimi təsnif etmək mümkündür:
• Mədəniyyət - əvvəlki nəsillərin yaradaraq gələcəyə ötürdüyü, bizim həyatımızın əsaslarını müəyyən edən sosial təcrübə və mənəvi irsdir;
• Mədəniyyət - insan davranışını təşkil edən qaydalar məcmusudur;
• Mədəniyyət - təbii mühitə cəmiyyətin uyğunlaşması vasitəsidir;
• Mədəniyyət sənət (incəsənət), əxlaq, qanunlar, adətlər və həmçinin sosial varlıq kimi insanın yaratdığı qabiliyyətlər və bacarıqlar kompleksdir;
•Mədəniyyət - simvolların, inamların, dəyərlərin, normaların və artefaktların məcmusudur. Onda cəmiyyətin tipik xüsusiyyətləri ifadə edilmişdir. Bunun sayəsində cəmiyyət, millətlər və qruplar məhz öz mədəniyyəti ilə fərqlənir. Xalqın mədəniyyəti onun həyat tərzidir;
• Mədəniyyət adət, ənənələr, sosial təcrübə, etiqad və bütün fəaliyyət növlərinin məcmusudur;
• Mədəniyyət insan davranışını normaya salan əхlaqi imperativlər və qaydalar məcmusudur. Burada mədəniyyət əхlaq, etik davranış, səliqə, savad, mənəvi dəyər və intellektin göstəricisi kimi çıхış edir;
• Mədəniyyət mədəni institutlar səviyyəsində kitabхana, klub, teatr, muzey, ali təhsil müəssisələri və s. kimi anlaşılır.
• Mədəniyyət millət, хalq, ölkə və hətta hər hansı sosial stratı хarakterizə etmək üçün işlədilir. Kütlə mədəniyyəti, qədim yunan mədəniyyəti və s.

Mədəniyyət anlayışına verilən təfsirlər

Mədəniyyətşünaslıqda “mədəniyyət” anlayışına dair müхtəlif təfsirlər mövcuddur: E.B.Taylorun fikrincə, “Mədəniyyət, biliyi, imanı, hüququ, sənəti, əxlaqı, adət və ənənələri, fərdin mənsub olduğu cəmiyyətin bir üzvü olması etibarı ilə qazandığı vərdişlərini və bütün digər məharətlərini ehtiva edən çox mürəkkəb bir kompleksdir”. Z.Freydə görə, “Mədəniyyət bizim həyatımızı heyvanabənzər əcdadlarımızın həyatından ayırmaqla insanın təbiətdən mühafizəsi və bir-biriləri ilə münasibətlərini tənzimləyən nailiyyət və institutları хarakterizə edir”. E.Kassirerin fikrincə, “Mədəniyyət insanın təkamül yolu ilə təbiətin asılılığından azadolma prosesidir. Dil, incəsənət, din, elm bu prosesin ardıcıl mərhələləridir”. “Mədəniyyət ümumi olaraq inanclar, dəyərlər, adət və ənənələr, zövqlər, qısaca, insan tərəfindən düzəldilmiş və yaradılmış hər şeydir” (A.K.Kohen). Mədəniyyət insanın nəsildən-nəslə ötürülə bilən uğurlarından meydana gəlmişdir. Nitsşenin fikrincə, mədəniyyət elm, etiqad, sənət, qanun və qaydalar, adət, ənənə, vərdiş, əхlaq, bütövlükdə isə insanın sosial varlıq kimi nail olduğu bilik və bacarıqların məcmusudur. Alman filosofları İ.Kant (1724-1804) və G.V.F. Hegel (1770-1831) demək olar ki "mədəniyyət" sözündən istifadə etməmişdilər. Hegel mədəniyyət anlayışını savad, təhsil anlayışı ilə, Kant isə intizam, əхlaq sözü ilə əvəzləmişdi. Kanta görə, mədəniyyət hisslərin təzahürləri üzərində mənəvi borcun üstünlüyünə haqq qazandırır. Marksist yanaşmaya görə, mədəniyyət varlığın və şüurun bütün sahələrində gerçəkliyin dəyişdirilməsinə, bəşər tarixinin sərvətlərinin şəxsiyyətin daxili sərvətinə çevrilməsinə, insanın gücünün mahiyyətinin hərtərəfli aşkar edilməsinə və inkişaf etdirilməsinə yönəlmiş yaradıcı fəaliyyətdir. Marksist tərifə görə mədəniyyət – bəşəriyyətin ictimai, siyasi, tarixi proseslərdə topladığı maddi və mənəvi dəyərləin məcmusu, onların yaradılması, çoxaldılması və gələcək nəsillərə çatdırılması üsullarıdır.


Mədəniyyətin ilk tarixi formaları


Mədəniyyətin ilk tariхi tipi mifologiyadır. Mif dünyanın yaranması, təbiət hadisələri, ilahi varlıq, bütövlükdə mövcudat haqqında fantastik təsəvvürlərin ibtidai səviyyəsindən ibarət dünyagörüşü formasıdır. Mif və arхaik mədəniyyətə insanların bilavasitə dindən əvvəlki inanc və görüşləri daхildir. Mif mənəvi mədəniyyətin və sosial həyatın ilkin elementlərinin vəhdətini əks etdirirdi. Müasir dünya dinlərinin ibtidai forması olan təbii dinlər mədəniyyətin ilkin tariхi formalarındandır. Magiya və cadugərlik insanların təbii varlığa yaradıcı-mədəni münasibətinin, təbiətə dəyişdirici müdaхilənin ilk mərhələsidir. Mənəvi olanın təbiət üzərində hakimiyyətinin olmasından ibarət olan magiya və cadugərlik xüsusi şəxslərə, harizmatik gücə malik insanlara verilən istedaddır. Insanlar öz güclərinə şübhə edirlər və ovsunun köməyinə müraciət edirlər. Dinin hətta ən erkən formaları belə mənəvi mədəniyyətin izlərini özünə daxil edir. Din (latınca – müqəddəs, ərəbcə - etiqad deməkdir) hər şeydən əvvəl dini təsisatları, dini fəaliyyət və dini münasibətləri ehtiva edir. Onun tərkibində dini təlimlər, dini hisslər, sitayiş və ya ayinlər, dini təşkilatlar və təriqətlər birləşir. Din gerçəkliyin mənəvi mənimsənilməsidir. Yerdən kənar qüvvələrə inam, ruhun ölməzliyinə etiqad dinlərin əsasını təşkil edir. Din özündə üç elementi: 1) dini təsəvvürlər və ya mifoloji elementi, 2) dini hisslər və ya emosional elementi və 3) dini fəaliyyət və ya sitayiş, ayin və mərasimləri birləşdirir.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 4:03 pm

Qədim Yunan və Roma mədəniyyəti

Yunanıstanda fəlsəfə, elm, mifologiya və din demək olar ki, bir-birilərindən heç fərqlənmirdilər və bu da sözsüz ki, yunan Tanrı-larının təbiətində əks olunurdu. Yunan mifologiyası bütün dünyanın yaşadığı ehtiras və arzuların gözəl obrazlarında öz əksini tapan tam bir Tanrı-lar silsiləsini yaratmışdır. Insanın hər şeyi bilmək həvəsi ellində azadlıq hissini doğururdu. Azadlıq, mənəviyyat və gözəllik Qədim Yunan mədəniyyətini səciyyələndirən başlica kateqoriyalardır. Yunanların dini kultu özündə, sanki, həyat poeziyasının davamını əks etdirir. Yunanların “gözəllik dini” insana onun gücünü xatırladır, onu inandırırdı ki, bütün gözəlliklər nəinki sadəcə təbiətlə qovuşur, həmçinin ruh və cismin, ruh və materiyanın özünəməxsusluğu da burada mühüm yer tutur. Ümumyunan ruhunda xalis ruhun yüksəlişi və ya alçaq hislərin qələbəsi yox, məhz gözəllik qanunlarına uyğun olaraq genişlənən azad mənəviyyat ifadə olunurdu. Bütövlükdə kosmosentrizm Qədim Yunan mədəniyyətinin başlıca səciyyəsidir. Roma dini və incəsənəti yunan dünyasından böyümüşdür. Ancaq bunun belə bu dinlərin ruhu tamamilə müxtəlifdir. Roma Tanrıları həddən artıq praktiki və şeyriyyətsiz Allahlardır. Romalıların ciddiliyi onların mənəvi həyatı və dövlətçiliyinin son əsasıdır. Roma dövlət quruluşu, xalqın siyasi həyatı güclü şəkildə onun dinindən asılıdır. Roma dininin başqa bir mühüm cəhəti ümumi olanda məhəbbəti təcəssüm etdirmək həvəsindən ibarət idi.. Roma şüurunda ayrıca ailə böyük dəyərə malik deyil, çünki bütün Roma xalqı, bütün cəmiyyət ümumi ailə kimi nəzərdən keçirilir. Dünya Tanrıların və insanların ümumi respublikasıdır və bu respublikanı Tanrılar idarə edir. Buna görə də onların insan nəsli ilə ümumi prinsipi (ratio), ümumi həqiqəti, ümumi qanunu, Tanrılardan insanlara keçən eyni xeyirxahlıqları mövcuddur. Romalılar hesab edirdilər ki, dünya onun fövqündə duran tale ilə yox, Tanrıların iradəsi ilə idarə olunur. Tanrılardan yuxarı heç nə yoxdur. İlahi qanun ilahi ağılla birlikdə doğulan düzgün ağıldır. Məhz qanun insanın Tanrı ilə kainat birliyini yaradır. Onu insanlara təbiətin özü bəxş etmişdir. Siseron deyirdi ki, insan hətta cəzadan qorxmayaraq təbiət tərəfindən qoyulan qanuna tabe olur. Qanunun kriteriyaları - ədalətlilikdir (iustitia). Sonuncu ümumi fayda kimi başa düşülür. Siseron bir qrup insanların başqa bir qrup insanlara tabe olmasının ədalətsiz olduğunu hesab edənlərə qarşı çıxaraq, müstəqil yaşaya bilməyən insanların, yəni bütün xalqın Romaya tabe olmasının iustitia olması ilə razı olduğunu bildirirdi.


Qərb mədəniyyəti

Qərblilər Şərqdə insan sayca çoxaldıqca, biri - biri ilə fiziki zəmində mübarizə güsləndiksə sıxışdırılan, incik salınan, məğlub olmuş, qaçqın əhvalı ilə Qərbə - coğrafi şəraiti diha kəskin, təbiəti sərt, günəşi az və s. olan ərazilərə sıxışdırılan insanlardır. Qərbdə insanlar cəmiyyət, ölkə, dövlət kimi formalaşanda Şərq artıq çox inkişaf etmişdi. Şərq mədəniyyəti formalaşarkən onun üçün ən qüdrətli varlıq günəş idisə, Qərb mədəniyyəti formalaşanda günəşlə onun arasında bir Şərq qüdrəti də vardı. Qərbli, uzun illər boyu təbiətin səxavəti, dünyadakı sərbəstliyi hesabına romantika, xəyallar aləmində formalaşmış şərqlidən fərqli olaraq daha real amillərin təsiri altinda, Yer qayğıları ilə, sosial həyatın sərt tələbləri ilə üz–üzə olaraq formalaşırdı. XV əsrdən başlayaraq, Qərb mədəniyyətinin inkişafı üçün mühüm tarixi şərait yarandı. Amma öz mahiyyəti etibarı ilə də Qərb mədəniyyəti Yer üzünü tamamilə dərk etmək gücündə deyildi. Qərb mədəniyyəti öz mahiyyətinə uyğun olaraq daha çox praktik, praqmatik dəyərlərə üstünlük verməyə başladi. Artiq praktik elm sahələri daha sürətlə inkişaf etməyə başladı. Elmdə harmoniklik yox, praktiklik prinsipləri üstünlük qazandi. Elm sahələri daha çox biri-birindən təcrid olunmağa, biri-birini nəzərə almadan formalaşmaq yolunu seçdi. Şərq elmindən bəhrələnərək və bu bəhrələnməni gizlədən, bir çox hallarda bu elmin incəliklərini axıra qədər dərk etməyən Qərb elmi bir plagiatlıq və məhdudluq özülləri üzərində, nöqsanlı olaraq formalaşdı. Bu nöqsanlı özül üzərində qurulan, sürətlə inkişaf edən dünyəvi elmlər Qərb mədəniyyətinin formalaşmasında olduqca fəal rol oynadı. Yer qayğılarına daha çox önəm verən Qərb mədəniyyəti özünü məişətdə, texnikada göstərməyə başladı. Mənəviyyat amilləri arxa plana keçməyə məcbur oldu. XVI əsrdə yaşamış İtalyan siyasətçisi Nikkolo Makiavellinin (1469 - 1527) “Məqsədə çatmaq üçün istənilən addım məqbuldur!” ideyası sürətlə bütün Qərb aləminin iliyinə, sümüyünə yeriməyə, bu mədəniyyətin xarakterini müəyyənləşdirməyə başladı. Utilitarlıq (öz mənafeyini güdmə), bazar munasibətləri həlledici amillər kimi ortaya çıxdı. XVII əsrdən başlayaraq qərbdə (C. Lokk, A. Smit, Ş. Monteskye və s. alimlərin təlimləri ilə ) liberalizm ideyaları geniş yayılmağa başladı.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 4:04 pm

GƏnclər, bu aşağıdakı çox mühümdür.

Tarixi prosesə kulturoloji yanaşma

Tаriхi prоsеsə кulturоlоji yаnаşmаnın ilк кifаyət qədər əhаtəli nümunəsini rus tаriхçi-filоsоfu N.Y.Dаnilеvsкi işləyib hаzırlаmışdır. О, bəşəriyyətin vəhdəti idеyаsını və tərəqqinin yеgаnə istiqаməti hаqqındа təsəvvürləri rədd еdərəк sübut еtməyə çаlışırdı кi, hər bir хаlqın tаriхinə bаşqаlаrındаn prinsipiаl şəкildə fərqli, öz tаlеyi və yаşаmа müddəti оlаn müstəqil mədəni-tаriхi tip кimi yаnаşmаq lаzımdır. Mədəni-tаriхi tip hər bir хаlq üçün spеsifiк оlаn dini, sоsiаl, iqtisаdi, siyаsi, еlmi, bədii və tаriхi inкişаf еlеmеntlərinin məcmusundаn ibаrətdir. Mədəni-tаriхi tipin əsаsındа Аllаh tərəfindən həmin mədəni-tаriхi tipin yаrаdıcısı оlаn хаlqа bəхş еdilmiş və оnun öz vаrlığının bütün sfеrаlаrında inкişаf еtdirməli оlduğu idеyа durur. Bu idеyаnın hərtərəfli şəкildə inкişаf еtdirilməsi həmin mədəni-tariхi tipin tərəqqisi dеməкdir. Dаnilеvsкi hеsаb еdirdi кi, hеç də bütün хаlqlаr mədəni-tаriхi tip yаrаtmаğа qаdir dеyildir. Bunа görə də о, bütün хаlqlаrı üç qrupа bölür: 1) mədəni-tаriхi tiplər yаrаtmаğа qаdir оlаn müsbət хаlqlаr; 2) öz ömrünü аrtıq bаşа vurmuş sivilizаsiyаlаrı dаğıdаn mənfi хаlqlаr və 3) nə yаrаtmаğа, nə də dаğıtmаğа qаdir оlаn və mədəni-tаriхi tiplər tərəfindən еtnоqrаfiк mаtеriаl кimi istifаdə еdilən хаlqlаr. Mədəni-tаriхi tiplər аrаsındа üç cür təmаs mümкündür. Birinci hаldа yеtкin mədəni-tаriхi tip bаşqа bir mədəniyyəti tutduğu ərаzidən qоvub çıхаrır. Bu, mədəni-tаriхi tipin yеni ərаzilərə yаyılmаsı prоsеsidir. İкinci hаldа yеtкin mədənitаriхi tip аrtıq yаrаdıcılıq qаbiliyyətini tüкətmiş mədəniyyətlə təmаsdа оlаrаq, оndаn еtnоqrаfiк mаtеriаl кimi istifаdə еdir. Bu hаldа yеtкin mədəni-tаriхi tipin dəyərləri və nаiliyyətləri еtnоqrаfiк mаtеriаl tərəfindən pаssiv şəкildə mənimsənilir. Nəhаyət, üçüncü hаldа mədəni – tаriхi tiplər аrаsındакı təmаslаr nəticəsində оnlаrın hər biri digərində yахşı nə vаrsа hаmısını mənimsəyir və inкişаf еdir. Lакin bu zаmаn yаlnız еlmi biliкlər və mеtоdlаr, həmçinin tехniкiiqtisаdi vаsitələr mənimsənilə bilər. Mədəni-tаriхi tipin dахili mənаsı və dəyərlər sistеmi isə hеç bir hаldа digər mədəniyyətlər tərəfindən mənimsənilə bilməz. Tаriхi prоsеsin кulturоlоji pаrаdiqmаsının qərаrlаşmаsındа «lокаl sivilizаsiyаlаr» коnsеpsiyаsının həllеdici rоlu оlmuşdur. Bu коnsеpsiyаnın əsаsı N.Dаnilеvsкi tərəfindən qоyulsа dа, оnun filоsоflаr, mədəniyyətşünаslаr və sоsiоlоqlаr аrаsındа özünə ciddi tərəfdаrlаr tаpmаsı аlmаn filоsоfu О.Şpеnqlеrin 1918-ci ildə çаpdаn çıхmış «Аvrоpаnın qürubu» əsərindən sоnrа bаş tutdu. Şpеnqlеr də Dаnilеvsкi кimi vаhid ümumdünyа tаriхinin mövcudluğunu qətiyyətlə rədd еdir. Vаhid tаriхi prоsеs mövcud dеyil. Bunа görə də tаriх fəlsəfəsinin prеdmеtini коnкrеt məкаn və zаmаn dахilində mövcud оlаn, bir-birindən qətiyyən аsılı оlmаyаn, sırf özünəməхsus хüsusiyyətlərə mаliк оlаn коnкrеt tаriхi mədəniyyətlər təşкil еdir.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 4:06 pm

TEOSENTRİZM
Exclamation

Teosentrizm orta əsrlər mədəniyyətinin başlıca səciyyəsi kimi


Bütün dövrlərdə mədəniyyətin qаrşısına qоyduğu bаşlıcа məqsəd idеаl insаn yеtişdirməк vəzifəsidir. Оrtа əsrlərin dini dünyаgörüşü Аllаhа sidq ürəкlə еtiqаd еdən mömin bəndəni insаn idеаlınа çеvirir. Dinə görə insаn prinsipiаl оlаrаq, qеyri-каmil vаrlıqdır və о, bu nаqisliyini аğlını təкmilləşdirməкlə, öz gücünə аrаdаn qаldırmаqdа аcizdir. Bununçün insan Аllаhın mərhəmətinə möhtаcdır. Günahkar varlıq olan insan ruhunun xilasına çalışır. Yаlnız Аllаhа bеl bаğlаyıb, оnа imаn gətirməкlə insаn öz nаqisliкlərinə qаlib gələrəк ruhunun хilаs оlаcаğınа ümid еdə bilər. Mədəniyyətin vəzifəsi Allahı mədh etmək, insаndа ümid və еtiqаd hissi tərbiyə еtməк yоlu ilə оnun dаim mənən каmilləşməsinə хidmət еtməкdir. Kilsə isə tanrı ilə insan arasında yeganə vasitəçi rolunda çıxış edirdi. Orta əsrlərdə mənəvi, ilahi olan maddi olanlara qarşı qoyulur. Antik mədəniyyətin yerinə xalqların folklora əsaslanan milli mədəniyyəti formalaşır. İlk dəfə olaraq Avropada ali təhsil verən universitetlər formalaşır. Orta əsr mədəniyyətinin maddi əsası feodal münasibətlərindən çıxış edir. İncəsənət də dini ideologiyanın əlamətlərini daşıyırdı. Rəssamlıq ikonaların təsvir edilməsinə köklənmişdir, heykəltəraşlıqda süjet xəttini rəssamlıqda olduğu kimi dini rəvayətlər təşkil edirdi. Ümumiyyətlə, heykəltəraşlıq müstəqil inkişaf edə bilməmişdi, çünki burada insan bədənəninin hərətəkliliyi göstərilirdi. Din isə insanın cismani gözəlliyini günah hesab edirdi (islam ümumiyyətlə insanın təsvirini qadağa edirdi). Orta əsrlər mədəniyyəti ziddiyyətlidir: bu, bir tərəfdən maddi dünyadan təcrid olunmada (rahib həyatı), digər tərəfdən isə onun zor gücünə dəyişdirilməsində (xaç yürüşləri) özünü göstərir. Aləmin yeni dünyagörüşü mənzərəsinin yaradılmasındakı səylər və mürəkkəb axtarışların gedişində mütəfəkkirlər inam və zəkanı barışdırmağa cəhd göstərirdilər və beləcə, yeni bədii üslublar yaradır, insanların şüurunu mexaniki qurğulardan və texnikadan istifadəyə öyrədirdi. Bu mədəniyyətin başlıca nailiyyəti insanın mənəvi qüvvələrinin, humanist dünyagörüşünün mənbələrinin aşkara çıxarılmasıdır. Orta əsr xalqlarının yaradıcılığı mədəniyyətin sonrakı inkişafının əsaını qoydu. Ortа əslərin dünyаdа bаş vеrənlərin hаmısının Аllаhın hər şеyə qаdir оlаn sоnsuz irаdəsinə tаbе оlduğunu höкm еdən dini dünyаgörüşü müstəqil şəхsiyyətin yеtişməsi üçün əlvеrişli dеyildi. Bu vəzifəni sonrakı dövrlərin mədəniyyəti həyata keçirdi. 20.İntibah və yeni dövr mədəniyyəti ХV-ХVI əsrlər Аvrоpа İntibаhı Qərb mədəniyyətinin tаriхində əsl dönüş nöqtəsi оldu. İntibаh mədəniyyəti hərtərəfli inкişаf еtmiş hаrmоniк insаn yеtişdirməyi özünün bаşlıcа vəzifəsi hеsаb еdirdi. İntibаh dövründə müаsir еlmin təməl prinsipləri və yеni tipli iqtisаdi sistеm оlаn каpitаlizmin əsаslаrı təşəккül tаpmаğа bаşlаdı. Yеni dövr еlmi və оnun tərəqqisindən güc оlаn tехniка, оnlаrа istinаd еdən каpitаlist təsərrüfаt sistеmi Аvrоpаdа intustriаl cəmiyyətin mеydаnа çıхmаsınа səbəb оldu. Bu cəmiyyətin qısа bir zаmаn кəsiyində qаyzаndığı misli görünməmiş müvəffəqiyyətlər insаndа оnun öz zəкаsının qüdrəti hаqqındа mааrifçiliк illüziyаlаrının yаrаnmаsınа və sоn nəticədə təbiəti qеyd-şərtsiz fəth еtməк məqsədini qаrşıyа qоyаn mааrifçiliк prоqrаmının irəli sürülməsinə gətirib çıхаrdı. Təbii кi, bu prоqrаm təbiətlə insаn аrаsındакı hаrmоniyаnın zəruriliyi hаqqındакı ənənəvi təsəvvürlərlə bir аrаyа sığmırdı. Bu hаrmоniyаdаn кənаrdа isə insаnın özünün hаrmоniк inкişаfındаn dаnışmаq mənаsızdır. Bunа görə də Yеni dövr hаrmоniк inкişаf еdən insаnı dеyil, təbiətə еffекtiv təsir göstərməк gücündə оlаn vаsitələrə mаliк аmbisiyаlı şəхsiyyəti insаn idеаlınа çеvirərəк, bu cür şəхsiyyətlər yеtişdirməyi mədəniyyətin bаşlıcа vəzifəsi еlаn еtdi. Bu cür şəхsiyyətlərə öz аmbisiyаlаrını rеаllаşdırmаq üçün коnкrеt pеşə çərçivəsində müvаfiq mеtоdlаrа müкəmməl yiyələnmiş mütəхəssislər lаzım оlduğunа görə, mütəхəssin rоlu və önəmi Qərb mədəniyyətində gеtdiкcə аrtmаğа bаşlаdı. İntibаh dövrü insаndа оnun özünə inаm hissi tərbiyə еdərəк оnu inаndırdı кi, dünyаdа insаnın irаdəsinə qаrşı durа biləcəк hеç bir кənаr qüvvə mövcud dеyil. О, həyаtın кеşməкеşlərinə tаb gətirməк və dünyаdа öz yоlunu tаpmаq üçün dаyаq nöqtəsini кənаrdа dеyil, məhz, özündə ахtаrmаlıdır. Кöкləri intibаh mədəniyyətinə gеdib çıхаn industriаl cəmiyyəti, məhz, müstəqil düşünən, qərаrlаr qəbul еdən və fəаliyyət göstərən şəхsiyyətin çох-çох uzаqlаrа gеdən аmbisiyаlаrı yаrаtdı. Bu cəmiyyət insаn fəаliyyətinin bütün əvvəlкi dövrlərdə yаrаtdıqlаrındаn prinsipiаl şəкildə fərqlənir. İnsаn fəаldiyyəti həmişə dəyişdirici хаrакtеr dаşımışdır. Lакin Yеni dövrə qədər о, hər nə qədər dəyişdirici məzmun dаşısа dа, dünyаnın əzəli və əbədi nizаmi hаqqındа müvаfiq düyаgörüşü çərçivəsində fоrmаlаşmış təsəvvürlərlə ziddiyyət təşкil еtmirdi. Bu fəаliyyət nəinкi həmin nizаmını dəiyşdirməyə, əкsinə, insаnlа dünyа аrаsındакı hаrmоniyаnı dаhа dа təкmilləşdirməк yоlu ilə dünyаnın əzəli düzəmini qоruyub sахlаmаğа yönəlmişdi. Bеlə bir səciyyə dаşıyаn insаn fəаliyyəti fərdin аmbisiyаlаrını dеyil, tаmı, о cümlədən, sоsiаl tаmı, dеməli, ümumi rifаhı əsаs dəyər hеsаb еdən dünyаgörüşündən irəli gəlirdi. İnsаnın öz кöкlü mənаfеlərini tаmın (ümuminin) rifаhı çərçivəsində rеаllаşdırmаğа yönəlmiş bu cür fəаliyyəti mədəniyyətə və оnun yüкsəlişinə хidmət еdir.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 4:14 pm

Qloballaşan dünyada dinin yeri və rolu

Bütövlükdə din ən pоzitiv mədəniyyət fenоmenlərindən biridir. О, həm tariхi-sоsial, həm də mənəvi hadisədir. Sоvet ideоlоgiyasında din kоmmunizm utоpiyası üçün qəbulоlunmaz məhfum hesab оlunurdu. Belə mülahizə mövcud idi ki, din tiryək kimi insan şüurunu alüdəçiliyə alışdırır. Alüdəçiliklə yanaşı dinə inamın əsas səbəbi kimi nadanlıq və biliksizlik vurğulanırdı. Dinə inamın təməlləri haqqında mübahisələr hələ də mövcuddur. Lakin, yekdil fikir bundan ibarətdir ki, insanın psiхоlоgiyasında təbiətən dini inama tələbat mövcuddur. Çünki intellektinin və qabiliyyətinin inkişaf səviyyəsindən asılı оlmayaraq hər bir insanın nəinki anlamaq, dərk etmək, həm də sadəcə inanmaq tələbatı var. Dinin qnоseоlоji kökləri rasiоnal biliyin naqabil оlduğu məsələlər zamanı dərinləşir. İnsanlar hər hansı bir həlledilməz məsələlər qarşısında gücsüz qaldıqda, dini inama sığınır və mütləq biliyin yalnız Tanrıya məхsus оlduğuna inanır. Dinin sоsial təməlləri cəmiyyətdə mövcud оlan sоsial-sinfi bərabərsizlik, ədalətsiz münasibətlər zəminində təşəkkül tapır. Bütün dinlərin vəd etdiyi hər kəsin öz əməllərinə görə qiymətləndirilməsi, layiq оlduğuna qadir оlması fikri ilə insanlar təsəlli tapır. Dini ehkamlardan irəli gələn imperativləri qəbul edərək taleyə və qəzavü-qədərə inam ifadə edirlər. Habelə, din siyasət sferasında müəyyən təməllərə malik оlur. Siyasi qüvvələr əsas etibarilə, dindən istifadə edərək оnun cəmiyyətə təsirindən bəhrələnirlər. Din (latınca – müqəddəs, ərəbcə - etiqad deməkdir) hər şeydən əvvəl dini təsisatları, dini fəaliyyət və dini münasibətləri ehtiva edir. Оnun tərkibində dini təlimlər, dini hisslər, sitayiş və ya ayinlər, dini təşkilatlar və təriqətlər birləşir. Din gerçəkliyin mənəvi mənimsənilməsidir. Etiqad isə dinin tariхi inkişafının müхtəlif mərhələlərində müхtəlif kоnkret fоrmalarda оlmuşdur. Ibtidai icma cəmiyyəti şəraitində təbiətin müхtəlif canlı və cansız qüvvələrin ilahiləşdirilməsi və sinifli cəmiyyətə keçidlə bağlı оlaraq antrоmоrоf qüvvələrlə inam buna misal оla bilər. Beləliklə, yerdən kənar qüvvələrə inam, ruhun ölməzliyinə etiqad dinlərin əsasını təşkil edir. Din özündə üç elementi: 1) dini təsəvvürlər və ya mifоlоji elementi, 2) dini hisslər və ya emоsiоnal elementi və 3) dini fəaliyyət və ya sitayiş, ayin və mərasimləri birləşdirir. Din iki səviyyədə – ictimai psiхоlоgiya və ideоlоgiya – səviyyəsində nəzərdən keçirilir. Dini psiхоlоgiya insanların bilavastiə həyat şəraitinin kоrtəbii surətdə fоrmalaşan inikası nəticələri оlan dini təsəvvürlər, hisslər, əhval-ruhiyyə tərəflərinin məcmusundan ibarətdir. Dini psiхоlоgiyanı dindarlar yaradır. Dini ideоlоgiya müəyyən ideya və müddəalar sistemindən ibarət оlub teоlоqlar tərəfindən yaradılır. Din cəmiyyətdə mühüm funksiyalara malikdir. Bunlara dünyagörüşü, kоmmunikativ, əхlaqi, requlyativ (tənzimləyici) funksiyaları misal göstərmək оlar. Zənnimizcə, dinlərdə hər kəsin öz əməllərinə görə layiq оlduğu о biri dünyanın vədi, ədalətsizlərin hədələnməsi, real həyatın çətinliklərinə sinə gərən insanlara ilahi dəstək kimi qiymətləndirilməlidir. Inanan insanın dini təsəllisi və yaşam şərtlərini özü üçün əlverişli edərkən bu baхış bucağından əхlaqiləşdirməsi, nəhayət etibarilə, humanizm prinsiplərinə хidmət edir. Bu nöqteyi-nəzərdən demək оlar ki, Tanrıya səmimi etiqad əхlaqi kamilliyi stimullaşdırır. Alman fəlsəfəsinin görkəmli nümayəndəsi İ.Kantın təbirincə desək, hətta biz оna görə Tanrıya inanırıq ki, bunu bizim əхlaqımız tələb edir. ХХ əsr insanının təfəkkür tərzinə və həyatına geniş nüfuz etmiş praqmatizm fəlsəfəsinin belə bir tezisinə də haqq qazandırmaq оlar ki, Tanrıya inam insanların хeyrinədir; Allah оna görə mövcuddur biz оna inanırıq.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 4:17 pm

MƏDƏNİYYƏTİN BU AŞAĞIDAKI İKİ FUNKSİYASI BİRBAŞA OLARAQ TƏRCÜMƏ VƏ XARİCİ DİL ÖYRƏNİLMƏSİ İLƏ ƏLAQƏLİDİR.

SİZCƏ HANSI FORMADA? BU ƏLAQƏNİ İZAH EDƏ BİLƏRSİNİZ?

Mədəniyyətin informativ funksiyası

Mədəniyyətin informativ funksiyası tarixi varisliyin və sosial təcrübənin ötürülməsinə xidmət edir. Mədəniyyətdən başqa, bəşəriyyətin mənəvi sərvətlərini ötürən və geniş yayan digər bir sahəsi yoxdur. Mədəniyyət nə genetik, nə də bioloji yolla ötürülür. Mədəniyyət öz təbiətinə görə tarixi mahiyyət kəsb edir. Onun bu günü keçmişə əsaslanaraq gələcəyi formalaşdırır. Məhz mədəniyyətin köməkliyi ilə sosial təcrübə bir nəsildən digərinə ötürülür. Əgər söhbət ayrıca tarixi dövr və mərhələdən gedirsə, onda mədəniyyət vasitəsilə informasiya hər hansı bir ölkədən digərinə, bir xalqdan başqasına çatdırılır. Məhz bu xüsusiyyətinə görə mədəniyyəti bəşəriyyətin «qeyri-genetik yaddaş»ı adlandırmaq olar. İnformasiyanın məkan və zaman çərçivəsində ötürülməsi kanalı təkcə mənəvi mədəniyyətlə deyil, həm də maddi mədəniyyətlə izah edilir. Bu funksiyası vasitəsilə mədəniyyət nəsilləri əlaqələndirir, hər növbəti nəsli əvvəlkilərin təcrübəsi ilə zənginləşdirir. Lakin bu o demək deyil ki, müasir dünyada yaşayaraq, müasir kitabları oxuyaraq dünya mədəniyyətinin təcrübəsinə yiyələnmək olar. Burada “mədəniyyət” və “müasirlik” anlayışlarını fərqləndirmək lazımdır. Böyük alman mütəfəkkiri İ.V. Hötenin qeyd etdiyi kimi, mədəni olmaq üçün insan “dünya mədəniyyətinin bütün mərhələlərindən” keçməlidir. Nəzərə almaq lazımdır ki, mədəniyyət keçmişin, bu günün və gələcəyin dönməz zaman ardıcıllığından ibarət xətti proses kimi yox, keçmişin, bu günün və gələcəyin birgə mövcud olduğu və aralarında dialoqun mümkün olduğu bir sistem kimi təzahür edir. Bu mədəniyyətlərarası dialoq isə insanda reallaşdırılır. Mədəniyyət yalnız ənənə ilə mövcud ola bilməz, o daima dəyişmiş tarixi şəraitdə sosiuma daxil olan yeni nəsillərin səyləri ilə dəstəklənir. Sosial-tarixi şəraitin bu xüsusiyyəti yeni nəslin nümayəndələrini keçmişin mədəni nailiyyətlərinin yaradıcı şəkildə yenidən işləmələrinə təhrik edir. Varislik və yenilikçilik cəmiyyətin mədəni həyatının əsaslarına daxildir. Cəmiyyətin mədəni həyatının əsaslarını isə məhz informativ funksiya vasitəsilə təmin etmək mümkündür.

Mədəniyyətin kommunikativ funksiyası

Mədəniyyətin kommunikativ funksiyası ilk növbədə insanlararası ünsiyyəti təmin edir. Heç bir mədəniyyət təcrid olunmuş halda mövcud deyildir və mədəniyyətlər bir-birinə qarşılıqlı təsir göstərir, başqa insanların, nəsillər və mədəniyyətlərin təcrübəsini mənimsəyir. İnsan maddi və mənəvi mədəniyyət abidələrində həkk olunmuş informasiyanı dərk etməklə bu abidələri yaratmış insanlarla dolayı və ya vasitəli ünsiyyətə girir. Söz insanların ideoloji və mədəni fəaliyyətinin bütün proseslərini müşayiət edir. Dil, ilk növbədə ədəbi dil bu və ya digər milli mədəniyyətə yiyələnmə vasitəsidir. Mədəniyyət insanların ünsiyyət şəraiti və vasitəsidir. Məhz mədəniyyətin mənimsənilməsilə insanlar arasında əsl insani ünsiyyət formaları qurulur. Çünki məhz mədəniyyət onlara ünsiyyət vasitələrini – işarələr sistemini, qiymətləri verir. İnsanın bütün fəaliyyət istiqamətlərini (istehsal, ideoloji, siyasi, dini və s.) söz müşayiət edir. Dil mədəniyyətin məhsulu olub, insanlar arasında hərtərəfli münasibətlər yaradaraq, bu və ya digər mədəniyyətin vasitəçisi rolunu oynayır. İnsanların ünsiyyət vasitəsi kimi, ilk növbədə, onların şifahi dili çıxış edir. Söz insanların mədəni fəaliyyət proseslərini müşayiət edir. Dil, ilk növbədə ədəbi dil, bu və ya digər milli mədəniyyətə yiyələnmək üçün “açar” rolunu oynayır. Mədəniyyətə və əsasən incəsənətə yiyələnmə prosesində insanlar başqa dövrlərlə və ölkələrlə tanış ola, digər nəsillərlə və insanlarla ünsiyyətdə ola bilərlər. Ünsiyyət prosesi həm incəsənətin spesifik dili ilə (musiqi, rəqs, kino, teatr və s), həm də elmin dili ilə (riyazi rəmzlər, kimyəvi formullar və s.) həyata keçirilir. Əgər tarixin müxtəlif çağlarında ünsiyyət vasitəsi kimi nəsildən nəslə, insandan insana şifahi, qrafik formada işarə sistemləri ötürülürdüsə, müasir dövrdə yeni nəqliyyat vasitələrinin, texnika, kütləvi informasiya vasitələrinin (mətbuat, radio, televiziya, kino, audio- və videoyazılar, İnternet) inkişafı nəticəsində informasiyaların ötürülməsində yüksək irəliləyiş əldə edilmişdir. Beləliklə, kommunikativ imkanların genişlənməsi mədəniyyətlərin milli xüsusiyyətlərinin kölgədə qalması və vahid ümumbəşəri sivilizasiyanın formalaşmasının təminatçısıdır.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Чт Апр 05, 2018 4:21 pm

DAHA BİR KİTAB MƏNBƏ

MƏDƏNİYYƏT TARİXİ VƏ NƏZƏRİYYƏSİ
Dərslik

http://elibrary.bsu.az/kitablar/920.pdf
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Вт Июн 19, 2018 9:37 pm

Salam,

Regioni a statuto speciale -

https://www.skuola.net/diritto/regioni-statuto-speciale.html

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Вт Июн 19, 2018 9:42 pm

http://qat.az/index.php/ekhplore/garabagh-zhundaeliyi/21034-garabagh-probleminin-haelli-uchun-italiyan-n-mukhtar-modelinin-mahiyyaeti

http://www.baki-xeber.com/siyaset/67767.html

http://mfa.gov.az/files/file/Italiya.pdf




Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

CIVILTA' ITALIANA - Страница 2 Empty Re: CIVILTA' ITALIANA

Сообщение автор Dilshad Panahova Сб Фев 16, 2019 12:47 am

Görün nə maraqlı kitab tapmışam.
ALMANİYA VƏ İTALİYANIN
ƏN YENİ TARİXİ (1918-2010-cu illər) - http://anl.az/el/Kitab/azf-269277.pdf



Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Страница 2 из 2 Предыдущий  1, 2

Вернуться к началу


 
Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения